TƏDBİRLƏR PLANI
-
May
25
30 illiyə həsr olunmuş yubiley konsertiSaat: 17:00 | Azərbaycan Dövlət Uşaq Filarmoniyası25 may 2022-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının zalında gerçəkləşən təntənəli konsert proqramı ilə Uşaq Filarmoniyasının 30 illik yubiley konserti qeyd olundu. Əvvəlcə cənab nazir Anar Kərimov və qonaqlar üçün filarmoniyanın girişində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olundu. Həmçinin uşaq filarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa etdilər.
-
Noyabr
06
Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə "Zəfər tədbiri"Saat: 15:00 | Azərbaycan Dövlət Uşaq FilarmoniyasıMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 1-dən 10-a qədər Vətən müharibəsinin ilk ildönümü münasibətilə silsilə Zəfər tədbirləri təşkil ediləcək.
Artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.
Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq. -
Mart
13
Buratinonun sərgüzəştləriSaat: 19:00 | A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı.Azərbaycan Dövlət Uşaq Filarmoniyası sizi 13 mart saat 19:00 A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında keçirikəcək "Buratinonun sərgüzəştləri" adlı tamaşaya dəvət edir. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, səhnə tərtibatı isə Dilarə Əliyevaya məxsusdur...
-
Dekabr
22
Yeni İl KonsertiSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıCəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili işində Azərbaycan Dövlət Uşaq Filarmoniyası da yaxından iştirak edir. Elə bu məqsədlə 22 dekabr 2017-ci il tarixi saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər...
-
İyun
07
Uşaqlardan uşaqlaraSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Uşaq Filarmoniyası 7 iyun 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində balaca dostlarının görüşünə gələcək. Proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasınının ifasında maraqlı çıxışlar gözlənilir. Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından əldə edə bilərsiniz.
-
Mart
04
"Qırmızı papaq" tamaşasıSaat: 19:00 | "Megafun" əyləncə mərkəzinin "Modern" teatrıAzərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı 4 mart 2017-ci il tarixində Şarl Perronun “Qırmızı papaq” tamaşası ilə görüşünüzə gələcək. Konsert “Megafun” əyləncə mərkəzinin “Modern” teatrında saat 19:00-da baş tutacaq. Tamaşanın rejissoru və ssenari müəllifi Elşad Rəhim-zadə, səhnə tərtibatı isə Dilarə Əliyevaya məxsusdur...
-
Dekabr
20
Yeni İl KonsertiSaat: 19:00 | Azərbaycan Dövlət Musiqili Komediya Teatrı20 dekabr saat 19:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il” konsert proqramı ilə çıxış edəcək. Gecədə Uşaq filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunın çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri, bəstəkar mahnıları ilə yanaşı dünya ölkələrin rəqsləri və yeni ilə həsr olunmuş, dillər əzbəri olan mahnılar ifa olunacaq...
-
İyun
01
Qoğalın nağılıSaat: 11:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim etdi. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi. Tamaşadakı bütün nağıl personajları özünəməxsusluqları ilə seçilirdilər...
-
May
31
Qoğalın nağılıSaat: 13:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim etdi. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi. Tamaşadakı bütün nağıl personajları özünəməxsusluqları ilə seçilirdilər...
-
May
31
Rəqsə Səyahət KonsertiSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Uşaq Filarmoniyası 31 may 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Rəqsə səyahət” adlı konsert proqramı ilə çıxış etdi. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Rəqs ansamblı” 1991-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Hal-hazırda kollektivdə 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Uşaqlara milli rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri professional müəllimlər tərəfindən öyrədilir. "Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib. Bu müsabiqələrdə kollektiv dəfələrlə müxtəlif mükafatlarla təltif olunub , o cümlədən, festivalların laureatı kimi adlara layiq görülüb...
-
May
14
"Sədəf" xalq çalğı alətləri ansamblının konsertiSaat: 19:00 | Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı14 may 2016-cı il tarixində saat 19:00-da Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində "Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirildi. Konsertin proqramı kifayət qədər rəngarəng və maraqlı idi. Belə ki, konsertə gələnlər milli musiqimizin, həmçinin muğamın sehirli dünyasına qısa müddətlik də olsa səyahət etmiş oldular. Konsertdə instrumental və vokal intrumental nömrələr bir-birini əvəzləyirdi. V Muğam müsabiqəsinin qalibi Sədəf Buqadovanın, həmçinin Xəlili Ayxan, Ağayev Kənan, Abdullazadə İsanın səsindəki məlahət bütün zalın diqqətini özünə cəlb etmişdi...
-
Yanvar
30
Uşaq - Gənclər Xalq Çalğı Alətlərİ Orkestrının KonsertiSaat: 17:00 | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası30 yanvar 2016-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş konsert tədbiri keçirildi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri çıxış etdi. İlk söz üçün səhnəyə orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev dəvət olundu. Ağaverdi Paşayev orkestr haqqında məlumat verərək qeyd etdi ki, bu kollektiv 7 ildir ki, fəaliyyət göstərir...
-
Dekabr
25
Rəngbərəng adlı rəsm sərgisiSaat: 18:00 | MegaFun əyləncə mərkəziGerçəkliyin müxtəlif cəhətlərinin estetik surətdə mənimsəyən təsviri sənət dünyanı dərk etmənin bir forması kimi sosial həyatda mühüm rol oynayır və cəmiyyətin ideya tərbiyəsində güclü vasitədir. Bu baxımdan 25 dekabr 2015-ci il tarixində MegaFun əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" adlı rəsm kollektivinin Yeni ilə həsr olunmuş "Rəngbərəng" adlı sərgisi xüsusi diqqətə layiqdir....
-
Dekabr
23
Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konsertSaat: 19:00 | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası23 dekabr 2015-ci il tarixində saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellası, Uşaq Xor Kapellası və Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konserti keçirildi. Proqramda Azərbaycan və Qərbi Avropa Bəstəkarlarının əsərləri səsləndi. İlk növbədə səhnəyə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın bədii rəhbəri olduğu Uşaq Xor Kapellası çıxdı...
-
Dekabr
21
Uşaq Filarmoniyasının Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü konsertiSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıDünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilən Yeni il Azərbaycanda da insanların məişətinə daxil olub, xüsusilə uşaqların ən sevdiyi bayramlardan birinə çevrilib. Məhz bu bayramla əlaqədar olaraq hər il şəhərimizin müxtəlif konsert salonlarında uşaqlar üçün tədbirlər təşkil olunur. Bu konsertlərdən biri də dekabr ayının 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gənc Tamaşaçılar Teatrında baş tutan "Yeni il" konserti idi...
-
Dekabr
15
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “ Sədəf ” Xalq Çalğı Alətləri Ansamblının solo konserti.Saat: 19:00 | Rəşit Behbudov adına Dövlət Mahnı TeatrıAnsamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər. 15 dekabr 2015-ci il saat 19:00-da R.Behbudov adına Mahnı Teatrının səhnəsində "Sədəf" xalq çalqı alətləri ansamblı konsert keçirməyi planlaşdırır. Konsertdə müxtəlif yaşlı solistlər iştirak edəcək. Repertuara muğam, təsnif və rənglər, xalq mahnıları, bəstəkar mahnıları daxildir....
-
Noyabr
26
“Şəngülüm, Şüngülüm, Məngülüm”Saat: 19:00 | Abdulla Şaiq adına Dövlət Kukla Teatrı“Musiqili Uşaq Teatr”ı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində filarmoniyanın rəhbəri, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Yarandığı gündən teatra Elşad Rəhimzadə rəhbərlik edir. Artıq 2 ildir ki, fəaliyyət göstərən “Musiqili Uşaq Teatrı” bir sıra uğurlu tamaşalara imza atmışdır. Belə maraqlı tamaşalardan biri də 26 noyabr 2015 -cı il tarixində Abdulla Şaiq adına Kukla teatrının səhnəsində baş tutdu...
-
İyun
01
Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsertSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıUşaqlar bizim gələcəyimizdir. Onları qoruyub, gələcəyə sağlam, savadlı, layiqli övlad olaraq böyütmək hər birimizin borcudur. Bu səbəbdən də Azərbaycan Dövlət Uşaq Filarmoniyası 2016-cı il iyun ayının 1-də saat 19:00-da Uşaqların Müdafiəsi Günü ilə bağlı olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində konsert proqramı ilə çıxış etdi. Bu həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qala konserti idi. Proqram olduqca zəngin və rəngarəng idi. Üç aya yaxındır ki, bu proqramı hazırlayan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi, o cümlədən rəhbərliyi də uşaqlar qədər sevincli və həyəcanlı idi. Səhnə arxasında olan hazırlıq, məşqlər bunu açıq sübut edirdi. Öz balaca dostlarını təbrikə gələn bu balaca istedadlar gözəl çıxışları ilə, maraqlı geyimləri ilə tamaşaçıların zövqünü oxşamağı bacardılar....
-
Mart
16
Novruz bayramına həsr olunmuş konsertSaat: 19:00 | Rəşid Behbudov adına Dövlət Mahnı TeatrıNovruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə cəmləyən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır...
-
Dekabr
22
Bremen musiqiçilərinin Yeni il şənliyiSaat: 19:00 | Azərbaycan Dövlət Musiqili TeatrıMüzikal dram, xoreqorafiya və opera sənətinin vasitələrinin qarşılıqlı əlaqələrindən istifadə edilərək yaradılan musiqili-səhnə janrıdır. Müzikalı bəzən musiqili komediya da adlandırırlar. Burada musiqi, dialoqlar və mahnılar bir-birini əvəz edir, xoreoqrafiya da eyni zamanda əhəmiyyətli rol oynayır. Bu janrın yaranmasına operetta, komik opera, vodevil janrları çox böyük təsir göstərmişdir. Müzikal həm səhnəyə qoyulması baxımından çətindir, eyni zamanda daha çox madiyyat tələb edən janrdır. İlk muzikal Nyu-Yorkda 1966-cı ildə səhnəyə qoyulub. Bu muzikal “Black Crook” adlanırdı. 20-30-cu illərdə yeni Amerika Bəstəkarlarının –Cerom Devid Kern,Corc Qerşin, Kol Porterin meydana çıxmasıyla müzikl həqiqi mənada yeni boyalar əldə edir...
-
İyun
03
Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsertSaat: 19:00 | Azərbaycan Dövlət Rus Dram TeatrıCəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının da 2013-cü il iyunun 3-də Rus Dram Teatrında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert tədbiri baş tutdu...
-
May
23
Sumqayıt konsertiSaat: 18:00 | Bülbül adına 2 Nömrəli Uşaq İncəsənət Məktəbi23 may 2014-cün il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Sumqayıt şəhərində yerləşən Bülbül adına 2 Nömrəli Uşaq İncəsənət Məktəbinin qonağı oldu. Uşaq Filarmoniyası öz möhtəşəm konsert proqramı ilə Sumqayıt şəhərinin tamaşaçılarına xoş dəqiqələr bəxş etdi. Konsert proqramı hər iki mədəniyyət ocağında təhsil alan uşaqlar üçün əsl bayram sevinci idi. İlk olaraq səhnəyə qız və oğlanlardan ibarət rəqs kollektivi çıxdı. İfa etdikləri rəqs isə Oqtay Zülfiqarovun “Bayram Uvertürası” olur. Kollektivin çıxışından sonra səhnəyə aparıcı gələrək zalda əyləşən tamaşaçıları salamladı və bu dəfəki qonaqlarının Azərbaycan Dövlət Uşaq Filarmoniyası olmasından olduqca məmnun olduqlarını qeyd etdi. Öz çıxışından sonra səhnəyə qızlardan ibarət rəqs kollektivini dəvət etdi. Kollektiv “Brilliant” rəqsini ifa etdi...
-
May
17
Xalq Çalqı Alətləri Ansamblının konsertiSaat: 18:00 | Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı17 May 2014 - cü ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Xalq Çalqı Alətləri Ansamblının konserti...
-
Dekabr
25
Yeni İl konsertiSaat: 19:00 | Azərbaycan Dövlət Rus Dram Teatrı25 əsrlik bir tarixə malik Yeni il bayramı, bu günümüzə qədər gəlib çıxmış və öz özəlliyini qoruyub saxlamağı bacarmışdır. Dünyanın bir çox ölkələrində sevilərək qeyd olunan bu bayram ölkəmizdə də xüsusi maraqla qarşılanır. Təbii ki, Yeni ilin gəlişinə hər kəsdən çox uşaqlar sevinir. Bu sevinclərini balaca dostları ilə paylaşmaq üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi 25 dekabr 2013 cü il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il müansibəti ilə konsert tədbiri keçirtdi. Bu dəfəki konsert proqramı digərlərindən seçilirdi. Səhnəyə adət etdiyimiz kimi aparıcı yox, müəllimə çıxaraq - “Dərs başladı” - deyib səhnəni tərk etdi. Balaca qızlardan ibarət kollektiv isə kiçik xoreoqrafik elemetlərdən istifadə edərək rəqs etdilər...
-
İyun
06
Heydər Əliyevin doğum gününə həsr olunmuş konsertSaat: 19:00 | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı25 əsrlik bir tarixə malik Yeni il bayramı, bu günümüzə qədər gəlib çıxmış və öz özəlliyini qoruyub saxlamağı bacarmışdır. Dünyanın bir çox ölkələrində sevilərək qeyd olunan bu bayram ölkəmizdə də xüsusi maraqla qarşılanır. Təbii ki, Yeni ilin gəlişinə hər kəsdən çox uşaqlar sevinir. Bu sevinclərini balaca dostları ilə paylaşmaq üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi 25 dekabr 2013 cü il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il müansibəti ilə konsert tədbiri keçirtdi. Bu dəfəki konsert proqramı digərlərindən seçilirdi. Səhnəyə adət etdiyimiz kimi aparıcı yox, müəllimə çıxaraq - “Dərs başladı” - deyib səhnəni tərk etdi. Balaca qızlardan ibarət kollektiv isə kiçik xoreoqrafik elemetlərdən istifadə edərək rəqs etdilər...
-
Aprel
28
"Azərsu" konsertiSaat: 18:00 | Azərbaycan Dövlət Uşaq FilarmoniyasıDaun sindromu 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Əslində bu sindromlu insanlar əlamətlərinə əsasən monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına sərt reaksiyasından sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Daun xəstəliyi (və ya sindromu) xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biridir. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur). Bu xromosom dəsti ilə doğulanların psixiki inkişafı kəskin dərəcədə zəif olur...
-
Mart
07
8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsertSaat: 18:00 | Bakı Musiqi Akademiyası7 Mart 2013 cü ildə Azərbaycan Dövlət Musiqi Akademiyasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert...
-
Dekabr
29
Yeni İl konsertiSaat: 19:00 | Azərbaycan Dövlət Uşaq Filarmoniyası7 Mart 2013 cü ildə Azərbaycan Dövlət Musiqi Akademiyasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert...
-
Dekabr
02
Ağaverdi Paşayevin rehberliyi ilə Xalq Çalğı Orkestrının konsertiSaat: 19:00 | Azərbaycan Dövlət Uşaq Filarmoniyası2 Dekabr 2012 - ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Ağaverdi Paşayevin rehberliyi ilə Xalq Çalqğı Orkestrının konserti keçirildi...