Rəqs ansamblı
"Rəqs ansamblı" 1991-ci ildə Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Hal-hazırda kollektivde 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Xoreoqrafik rəqslər müxtəlifliyi ilə bir-birindən fərqlənir. Milli rəqslərə məxsus kolorit ilə həmçinin dünya xalqlarının rəqsləri ilə qrupda professional müəllimlər komandası fəaliyyət göstərir.
"Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib. Bu müsabiqələrdə kollektiv dəfələrlə müxtəlif mükafatlarla təltif edilib , o cümlədən festivalların laureatı kimi adlara layiq görülüb. Kollektivdə çalışan uşaqların bir çoxu bu gün proffesional rəqs kollektivlerində işləyirlər.
2001 - ci ildən etibarən Rəqs Kollektivinə Nigar Zeynalova rəhbərlik edir.