Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

"Bacarıqlı Əllər" rəsm dərnəyi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində “Bacarıqlı Əllər” adlı rəsm dərnəyi fəaliyyət göstərir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində gənc rəssamlar sənətin incəlikləri ilə tanış olurlar. Uşaqlar rəssamlığa bir növ istirahət kimi baxırlar. Yeni yaradıcılıq meylleri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Uşaqlar artıq dünyaya rənglərlə baxırlar. Daima gözəllik axtarışında olur, uşaq yaşlarından artıq rənglərin xarakterləri ilə tanış olurlar. Bu onların gələcək fəaliyyətlərində həyat düşüncələrini artırır. Bu qrupda rəngkarlığın müxtəlif çalarları: qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. Müxtəlif plastik materiallardan bədii tərtibat, düymələrdən tutmuş bütün əşyalardan istifadə olunur. Uşaqların fəaliyyəti ərzində çəkilmiş əsərlər filarmoniyanın foesində sərgilənir və tez - tez rəsm yarışları keçirilir. Kollektivdə 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər.
"Bacarıqlı Əllər" rəsm dərnəyinin müəllimləri Gilan Əzizxanlı və Leyla Dadaşova.

FOTO QALERİYA