"Sədəf" Xalq Çalqı Alətləri ansamblı
Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalqı alətləri ansamblı Filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir və ansamblın fəaliyyətində yaxından iştirak edirlər.
Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər. Repertuara muğam, təsnif və rənglər, zərb muğamlar, xalq mahnıları, bəstəkar mahnıları daxildir.
"Sədəf" Xalq Çalqı Alətləri ansamblının bədii rəhbəri Mehdiyeva Qönçə.