Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Fİkrət Əmİrovun 95 İllİyİnə həsr olunan konsert tədbİrİ 2017

23 dekabr Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı Kamera və Orqan musiqi zalında görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirtdi. Konsertin əsas iştirakçısı olan Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrının bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayev idi. Tədbirdə giriş söz Bakı Musiqi Akademiyasının Nəzəriyyə kafedrasının dosenti, sənətşunaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahovaya verildi. Elmira Pənahova öz çıxışında bəstəkarın həyat və yaradıcılığından, çoxşaxəli fəaliyyətində, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhvələrdən söz açdı. Proqramda Fikrət Əmirovun dillər əzbəri olan mahnıları, kinofilimlərə yazılmış musiqi və iri həcmli əsərlərindən hissələr səsləndirildi. Solistlər Şahmuraz Muradoğlu, Sənan Hacılı (tar), Respublika və Beynəlxalq müsabiqələr laureatı Atlas Mehdiyeva, Ayxan Bünyadzadə, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İşrahimova, Beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva idi. Proqramın sonunda Fikrət Əmirovun Andrey Babayevlə birgə yazdığı xalq çalğı alətləri və fortepiano üçün yazdığı konsertdən II və III hissələr səsləndi.

FOTO QALEREYA