Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunmuş konsert
15 may 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292№li nömrəli tam orta məktəbdə konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Millət vəkilləri Rauf Əliyev və Jalə Əhmədova, Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, 292 №li məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Kamran İsalı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamlamış, Ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılışdan sonra Dövlət Uşaq Filarmoniyasının iştirakçıları maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edib. Uşaq Filarmoniyasının balaca istedadlı balaları maraqlı musiqi nömrələri ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub. Proqramda azərbaycan eləcə də müxtəlif dünya xalqlarının mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları, mahnılar təqdim edilib. Konsertin sonunda qonaqlar çıxış edərək belə təntənəli konsert proqramına görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, uğurlar arzulayıb. Sonda bütün qonaqlar və iştirakçılarla xatirə şəkli çəkilib.