1-ci Avropa Olimpiya Oyunları 2015
Bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idman sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amildir. Hər il müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Ən irimiqyaslı idman tədbirləri Olimpiya Oyunları və müəyyən qitələrdə keçirilən oyunlar hesab olunur. 1951-ci ildən bəri Amerika qitəsi ölkələrini əhatə edən Panamerika Oyunları və Asiya ölkələrini birləşdirən Asiya Oyunları keçirilsə də, köhnə qitənin ölkələrini birləşdirən oyunlar yox idi.
Tarixdə ilk Avropa Oyunlarının təşkil edilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitələrinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 ölkədən 38-i ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. On yeddi gün ərzində davam edən multi-idman yarışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu.
İstər açılış, istərsə də bağlanış mərarimi çox böyük ustalıqla təşkil olnumuşdu. Hər iki mərasimdə Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm olunurdu. Bağlanış mərasimində Azərbaycan Dövlət Uşaq Filarmoniyası da iştirak edirdi. Filarmoniyanın uşaq xor kapellası “Çal-oyna” xalq mahnısınınbağlanış mərasimində səsləndirmişdi. 10-18 yaşlı 50 uşaqdan ibarət Azerbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı bütün zalın diqqətini özünə etmişdi. Xor oxuyan uşaqlar sülh ve birlik remzi olan su zanbaqlarını komandaların nümayəndələrinə təqdim etdilər.