NOVRUZ BAYRAMI KONSERTİ - 2015
16 Mart 2015 - ci ildə Azərbaycan Dövlət Mahnı Teatrında Novruz Bayramına həsr olunmuş konsert.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin
mühüm bir hissəsini özündə cəmləyən böyük mədəniyyət hadisəsidir.
Müasir dövrümüz üçün bu bir milli bayramdır. Keçmişdə olduğu kimi,
bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu
ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi
mənada “yeni gün” deməkdir. Azərbaycan xalqının təcrübəsində Novruz
təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır.
Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa
sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzu qeyd edən hər
bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun,
özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Ölkəmizdə bu bayram hər il xüsusi təntənə ilə qeyd olunur.
Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakıda qədim adət
ənənələrimizi əks etdirən konsert tədbirləri keçirilir. Maraqlı adət ənənələri
özündə cəmləyən Novruz bayramı uşaqların da sevimli bayramlarından
biridir. Məhz ona görə də bu bayrama uşaqlar da xüsusi hazırlaşırlar.
Müxtəlif tədbirlər, konsert proqramları təşkil olunur. Belə konsertlərdən biri
də 16 mart 2015-ci ildə Azərbaycan Dövlət mahnı teatrının səhnəsində
uşaq filarmoniyasının Novruz bayramına həsr olunmuş konsert proqramı
oldu. Konsertdə Azərbaycan milli nağlı olan “Cırtdanın nağılı” tamaşaçılara
təqdim olundu.Azərbaycan folklorunun mühüm janrlarından biri olan
nağıllarda xalqımızın çoxəsrlik tarixi, məişət tərzi, dünyagörüşü, adət-
ənənələri, qəhrəmanlığı, mübarizəsi, istək və arzuları özünəməxsus şəkildə
əks etdirildiyi kimi uşaqların təxəyyülünün, ana dilinin inkişafında
mühümroloynayır. Cırtdan uşaqların sevimli nağıl persanajlarından biridir.
Novruz xalqımızın milli bayramı olduğu üçün konset proqramı üçün
seçilmiş musiqi nömrələri də xalq mahnıları və rənglərdən ibarət idi. İlk
səhnə “Qarabağ şikstəsi” müşayiəti altında başladı. Daha sonra “Kilim
arası” elan olundu və tamaşanın bütün iştirakçıları bir bir səhnəyə çıxaraq
Novruz bayramının məşhur şeri olan “Ay, kos-kosa” şeirini səsləndirərək
Keçəl və Kosanı çağırmağa başladılar. Ardıcıllıqla səhnəyə çıxan
personajların çıxışları arasında xalq mahnıları və rəqsləri, azərbaycan
bəstəkarlarının mahıları (“Ağ çiçəyim”) növbələşərək konsertə milli abu
hava bəxş edirdi. Səhnəyə Keçəl və Kosa, onların ardınca xoruz, keçi və
oğlanlardan ibarət rəqs qrupu çıxaraq öz maraqlı çıxşları ilə tamaşaçıların
diqqətinə səbəb oldular. Bu çıxışlardan sonra “Cırtdanın nağılı”na başlandı.
Səhnəyə bir qiz və bir oğlan gələrək nağılı danışmağa başlayırlar. Səhnə
dekorasiyası, personajların geyimi bütünlüklə nağılın abu havasına
rəngarəglik qatır. Daha sonra səhnədə Cırtdan görünür və Cırtdan öz
mahnısın oxuyub bitirdikdən sonra nənəsi şikayətlənərək səhnəyə gəlir.
Ardınca Cırtdan öz dostları ilə birlikdə meşəyə odun yığmağa gedirlər.
Meşədə onların başına müxtəlif hadisələr gəlir və sonda onlar div ilə
qarşılaşırlar. Lakin divin əlindən xilas olan cırtdan öz dostlarını da xilas
edir. Konsertin sonunda isə bütün tamaşa iştirakçıları səhnəyə çıxır və
birlikdə mahnı oxuyurlar.