"bizi birləşdirən mədəniyyət" layihəsindəki işlərimiz
Hələ də dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Gündən-günə miqyası genişlənən infeksiyanın doğurduğu böhranlı vəziyyət cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini bizlər üçün vurğulamışdır. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir.
Bu baxımdan Azərbaycan Dövlət Uşaq Filarmoniyası da belə çətin vəziyyətdə öz şagirdlərini təhsildən kənar qomayaraq müəllimlərin nəzarəti ilə distant təhsilə davam etdilər. Uşaqlar müxtəlif evdə qal çağırışları etdi, rəqs, rəsm, xor, vokal, xanəndəlik dərslərinə, teatr məşqlərinə də online dərslər vasitəsiylə qoşuldular.
Maraqlı layihələrindən biri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan “Bizi Birləşdirən Mədəniyyət” layihəsi oldu. Bu layihəyədə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (xorun bədii rəhbəri və dirijoru Əməkdar İncəsənət Xadimi Dilarə Əliyavadır) və Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri (bədii rəhbəri və dirijoru Xalq Artisti Ağaverdi Paşayev) iştirak etdilər. Hər iki kollektivin çıxışı maraqla qarşılandı.