Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

"Buratİnonun sərgüzəştlərİ" adlı tamaşa

Azərbaycan Dövlət Uşaq Filarmoniyası 15 may A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında "Buratinonun sərgüzəştləri" adlı tamaşa keçirdi.
Nağıllar bütün uşaqların həyatında mühüm yer tutur və nağılları sevməyən uşaq tapılmaz. Həm dinləmək, həm də görmək isə uşaqların dünya görüşünün artmasına, onların inkişafına xidmət edən amillərdəndir. Elə ona görə də Azərbaycan Dövlət Uşaq Filarmoniyası 15 may 2018-ci il 18:00-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Buratinonun sərgüzəştləri” adlı tamaşasını təqdim etdi. Artıq uzun zamandır ki, öz çıxışlarına hazırlaşan balaca aktyorlar həm həyəcanlı, bir o qədər də sevincli idilər. Hər çıxışları, hər səhnələri zalda əyləşən balaca izləyicilərinin alqış sədaları ilə müşayiət edilirdi. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, səhnə tərtibatı isə Dilarə Əliyevaya məxsusdur. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə apardı. Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunmuşdu. Bununla yanaşı balaca aktyorların geyimlərini və istifadə olunan aksesuarları də xüsusilə vurğulamaq lazımdır. Tamaşa zamanı rəngarəng rəqslər, nağıllar aləminin müxtəlif qəhrəmanları da iştirak etdilər. Konsertin sonunda isə tamaşanın bütün iştirakçıları təqdim olunaraq səhnəyə çıxdılar. Bununla da tamaşa başa çatdı.

FOTO QALEREYA