Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

balaca rəssamları “Dəniz canlıları” adlı sərgi keçirtdi

29 iyun 2018-ci il Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi Sabunçu rayon Gənclər Evində “Dəniz canlıları” adlı rəsm sərgisi keçirtdi. Sərginin məqsədi uşaqların təbiətlə, dənizlə, dəniz canlıları ilə daha yaxından tanış olması, onları öz dünyalarında gördükləri kimi təsvir etməsi, onlar haqqında daha geniş məlumata sahib olmaları idi. Tədbirdə çıxış üçün ilk söz Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevaya verildi. Dilara Əliyeva ilk növbədə sərgiyə gələn qonaqları, valideyinləri, uşaqları salamladı. Dilarə xanım qeyd etdi ki, artıq bir neçə müsabiqələrdə uğur qazanmış yeniyetmə rəssamlar bu sərgidə də öz istedadlarını, biliklərini göstərməyi bacarıblar. Müxtəlif mövzularla çıxış edən rəssamlar bu dəfə isə öz zənginliyi ilə təbiətin bir hissəsi olan dəniz və onun canlıları mövzusunda özlərini göstərdilər. Çıxışının sonunda isə Dilarə xanım sərgi iştirakçılarının hər birinə uğurlar arzuladı. Sərgidə Dövlət Uşaq Filarmoniyasının 4-17 yaş qrupunda 48 yeniyetmə rəssamının 100-ə yaxın əsəri nümayiş olundu. Gənc rəssamların inkişaf etməsi, qazandıqları uğurlarında danılmaz əməyi olan Dövlət Uşaq Filarmoniyasının müəllimləri Vusal Hüseynzadə , Gülşad Quliyeva, Günay Qarayeva şagirdlərinin hər bir işində onlara yaxından dəstək olmuşdur. Çıxış üçün növbəti söz Sabunçu Gəclər Evinin nümayəndəsi Aygün Həsənzadəyə verildi. Sonuncu çıxış isə Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, tədqiqatçı Qardaşxan Əzizxanlıya verildi. Qardaşxan Əzizxanlı çıxışında sərginin Beynəlxalq statusundan danışdı. O, qeyd etdi ki, bu sərgidə digər ölkələrdən də istedadlı uşaqlar iştirak edib. Məsələn, Çin Xalq Respublikasından 8 yaşlı Chen Wanyi, türk-alman əsilli, 9 yaşlı Friman Selin və digərləri iştirak etmişdir.
Tədbirin sonunda sərgi iştirakçılarının hər biri mükafatlarla təltif olundu və tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olundu.

FOTO QALEREYA