"ŞUŞA BİZ GƏLDİK" adlı konsert
21 iyun 2022 il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən "ŞUŞA BİZ GƏLDİK" adlı konsert "Şuşa ili" cərcivəsində həyata keçirilib.
Tədbir uyğun mövzu və üsluba malik əsərlərin unikal vəhdəti ilə yadda qalıb. Heyrətamiz dekorasiya, işıq effektləri, əsrarəngiz kostyumlar, gənc aktyorların istedadı, aydın xoreoqrafiya və düşünülmüş ssenari, bunun sayəsində tədbir həqiqətən möhtəşəm görünürdü.
Konsertin təşkil olunmasına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə,Gəncə Şəhəri İcra Hakimiyyətinin Gəncə Regional Mədəniyyət İdarəsininə təşəkkür edirik!
Öz qonaqpərvərliyinə görə Gəncə Dövlət Filarmoniyasına dərin minnətdarligimizi bildiririk!
Konsertə aşağıdakı linkdən baxa bilərsiniz: