Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil ilə həsr olunmuş "Möcüzəli Yeni il" adlı konsert proqramı

25 dekabr Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il konserti keçirilib. Proqram “Musiqili Uşaq Teatrı”-nın səhnəciyi ilə başladı və konsert boyu teatrın maraqlı nömrələrinin müşayiəti ilə davam etdi. Daha sonra bir-birinin ardınca Dövlət Uşaq Filarmoniyasının Uşaq Folklor Rəqs ansamblı, “Şəms” uşaq xoru, vokal və gitara siniflərinin şagirdləri iştirak etdilər. Konsert proqramında bir-birindən rəngarəng musiqi nömrələri balaca istedadların ifasında tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Proqramda Azərbaycan və dünya xalqlarının rəqsləri, Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının mahnıları, həmçinin dillər əzbəri olan “yeni il” mahnıları yer almışdır. Səhnədə, eləcə də zalda bayram əhval ruhiyyəsi əvvəldən sona qədər höküm sürdü. Konsertin sonunda isə rəqs kollektivinin ifasında Eldar Mansurovun möhtəşəm, təntənəli “Azərbaycan süitası” səsləndi. Bütün iştirakçılar Şaxta Baba ilə birlikdə səhnəyə çıxaraq hər kəsin yeni ilini təbrik etdilər. Uzun bir fasilədən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində əsl bayram ab-havası yaşanırdı.

FOTO QALEREYA