Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

“Qış nağılı” adlı konsert proqramı

24-25 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş “Qış nağılı” adlı möhtəşəm konsert proqramıyla ilə yekun vurdu. Əsaslı təmir və yenidənqurma işlərindən sonra Dövlət Uşaq Filarmoniyası ilk dəfə olaraq öz doğma səhnəsində çıxış etdi. Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, “Şəms” uşaq xoru, Musiqili Uşaq teatrı, Vokal sinfi iştirak etdilər. Eyni tarixlərdə konsertdən öncə “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin hazırladıqları “Əl-ələ” adlı “Qadın və uşaq sığınacağı” üçün nəzərdə tutulmuş ilk xeyriyyə sərgisi baş tutdu. Bundan başqa Dövlət Uşaq Filarmoniyasının tarixində ilk dəfə filarmoniyanın məzunlarına Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva tərəfindən serifikat təqdim olundu və Dilarə xanım uşaqların hər birini təbrik edərək onlara uğurlar arzuladı. İstedadlı balacalarımız bir-birindən rəngarəng, parlaq rəqs, vokal nömrələri, musiqili uşaq teatrının hazırladığı maraqlı səhnəciklərlə, ən əsası bayramın əvəzolunmaz personajı Şaxta baba ilə birlikdə tamaşaçılara unudulmaz anlar yaşatdılar. Hər bir musiqi nömrəsinin xüsusi diqqətlə seçilmiş səhnə geyimləri bir-biri ilə harmoniya təşkil edirdi. Multikultural dəyərlərə xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramında Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət etmişdir. Konsertin sonunda isə təntənəli final nömrəsi ilə bütün iştirakçılar səhnəyə dəvət olundu. Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Qış nağılı” adlı konsert proqramı başa çatdı.

FOTO QALEREYA