“Şəms” uşaq xoru və Uşaq xor kapellası
18 may 2018-ci il Azərbaycan Milli Konservatoriyasının “Böyük zal”ında AMK-nın tələbələrindən ibarət xorun solo konserti keçirildi. Xorun bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. Qeyd edək ki, artıq iki ildir ki, xora rəhbərlik edən Dilarə Əliyeva öz bilik və bacarıqlarını tələbələrilə paylaşır. Xora olan sevgisinin isə bariz nümunəsi hər çıxışın ardından səslənən möhtəşəm alqış sədaları tələbələrinin və Dilarə Əliyevanın danılmaz uğrlarının sübütü idi. Proqram zənginliyi və rənganrəgliyi ilə hər kəsin zövqünü oxşadı. Belə ki, həm Azərbaycan bəstəkarları və xalq mahnıları, eləcə də rus və avropa bəstəkarlarının əsərləri proqramda yer almışdı. Proqramda həmçinin Dilarə Əliyevanın yaradıcısı və rəhbəri olduğu Uşaq Xor Kapellası, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru da iştirak etdi. Konsertin sonunda bəstəkar, Xalq Artisti, Profssor, Milli Konservatoriyanın rekrotu Səyavuş Kərimi möhtəşəm konsertə görə Dilarə Əliyevaya və onun xoruna öz minnətdarlığını bildirdir. O, çıxışında qeyd etdi ki, Milli Konservatoriyada tələbə xorunun indiyə qədər belə konserti olmamışdır və bu gün bunu məhz Dilarə xanım sayəsində dinlədik. Çıxışının sonunda Səyavuş Kərimi tələbələri və Dilarə Əliyevanı təbrik edərək onlara bundan sonrakı işlərində uğurlar arzuları. Bununla da AMK-nın tələbələrindən ibarət xorun solo konserti başa çatdı.