Sumqayıt
23 may 2014-cün il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Sumqayıt şəhərində yerləşən Bülbül adına 2 Nömrəli Uşaq İncəsənət Məktəbinin qonağı oldu. Uşaq Filarmoniyası öz möhtəşəm konsert proqramı ilə Sumqayıt şəhərinin tamaşaçılarına xoş dəqiqələr bəxş etdi. Konsert proqramı hər iki mədəniyyət ocağında təhsil alan uşaqlar üçün əsl bayram sevinci idi. İlk olaraq səhnəyə qız və oğlanlardan ibarət rəqs kollektivi çıxdı. İfa etdikləri rəqs isə Oqtay Zülfiqarovun “Bayram Uvertürası” olur. Kollektivin çıxışından sonra səhnəyə aparıcı gələrək zalda əyləşən tamaşaçıları salamladı və bu dəfəki qonaqlarının Azərbaycan Dövlət Uşaq Filarmoniyası olmasından olduqca məmnun olduqlarını qeyd etdi. Öz çıxışından sonra səhnəyə qızlardan ibarət rəqs kollektivini dəvət etdi. Kollektiv “Brilliant” rəqsini ifa etdi. Rəqs əvvəldən sona qədər tamaşaçıların alqış sədaları altında tamamlandı. Növbəti çıxışdan əvvəl aparıcı zala müraciət edərək ifa olunacaq rəqsi tamaşaçılardan soruşur. Maraqlı geyim tərzlərinə görə ifa olunacaq rəqsi həmin dəqiqə də tamaşaçılar müəyyən edirlər. Bəli, bu “Çarli” rəqsidir. Balaca qızcığazlardan ibarət bu rəqs tamaşaçılara maraqlı və əyləncəli dəqiqələr bəxş edir. Sıradakı rəqs nömrəsi Azərbaycanın gözəl güşələrindən biri olan Lənkəran rayonuna məxsus “Laqquti” rəqsi olur. Rəqs öz maraqlı xareoqrafiyası ilə diqqəti cəlb edirdi. “Laqquti” rəqsindən sonra konsertin aparıcısı Azərbaycan Respublikasının Əməktar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevaya belə gözəl konsert proqramı üçün öz dərin təşəkkürlərini bildirdi. Həmçinin onu da qeyd etdi ki, uşaqların belə maraqlı libasları, çıxışları – bütün bunların hamsı Dilarə xanımın əziyyəti sayəsində ərsəyə gəlmişdir. Daha sonra o, tamaşaçıların alqışları altında nöbəti rəqsi elan etdi. Bu J. Bizenin “Karmen” operasıdan 4-cü pərdədən olan antraktın musiqisinin sədaları altında hazırlanan rəqs kompozisiyası olur. Aparıcının maraqlı söhbətləri, tez-tez zala müraciəti konsertə daha da maraqlı abu hava bəxş edirdi. Növbəti rəqs isə öz lirik səslənməsinə görə əvvəlki rəqslərdən seçildi. Bu rəqs Ştrausun “Polka” rəqsi olur. Maraqlı rəqs nömrələrindən sonra səhnəyə gənc vokal ifaçısı Sərxan Cəfərov dəvət olunur. Sərxan Kərimovun ifası da tamaşaçılar tərəfindən böyük marağa səbəb oldu. Səhnədə olan aktiv çıxışı tamaşaçılara da müsbət enerji bəxş etdi. Daha sonra bir-birinin ardınca qızlardan ibarət kollektiv “Zəriflik”, oğlanlardan ibarət kollektiv “Çobanlar” rəqsini, balaca qızcığazlardan ibarət kollektiv “Ukrayna” rəqsini, Şirxanın ifasında “Məzəli” rəqsi ifa olundu. Bu rəqs də zalda əyləşən tamaşaçıların alqış sədaları altında sona qədər müşayiət olundu. Növbəti rəqs parçası “Türk” rəqsi olur. Rəqqasların libasları, xareoqrafiyası bir-biri ilə o qədər uyğunluq təşkil edirdi ki, konsertin yaddan qalan nömrələrindən birinə çevrildi. Sonrakı çıxış isə başqa xalqa xas olan rəqs nömrəsi olur. Belə ki, o, “Gürcü” rəqsi idi. Proqramın sonuna yaxın aparıcı vətənimiz haqqında söz açır və zalda əyləşən balaca tamaşaçılardan öz vətəni haqqında danışmağı təklif edir. Uşaqlar öz fikirlərini, vətənə olan sevgilərini dilə gətirdilər. Sonda isə qız və oğlanlardan ibarət Eldar Mansurovun “Odlar Yurdu” adlı kompozisiyasından möhtəşəm final rəqsi ifa olundu və bununla da konsert proqramı sona çatdı.