Heydər ƏlİYEVİn Doğum gününə həsr olunmuş Konsert
2 İyun 2013 il tarixində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Konsert baş tutdu. Tədbirdən öncə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevə Space Tv-yə verdiyi müsahibəsində konsert haqqında məlumat verdi. Dilarə xanım proqramda yeniliklər olacağını qeyd edərək əlavə etdi ki, ilk dəfə “Şəms” xoru, uşaq teatrı çıxış edəcək. Onu da qeyd etdi ki, konsertlərin uğurlu keçməsi üçün hər zaman əllərindən gələni edirlər. Konsert proqramı açıq elan olunur. Səhnəyə gələn aparıcı zalda əyləşən tamaşaçıları salamladıqdan sonra səhnənin pərdələri Xalq Çalğı Alətləri Orkestrinin müşayiətilə milli geyimdə səhnəyə gələn Budaqova Sədəfin ifasında sözləri İsgəndər Coşquna, musiqisi Ələkbər Tağıyeva məxsus “Ana Vətən” mahnısının ifası üçün açıldı. Ardınca Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısa video çarx təqdim olundu. Video çarxdan sonra isə səhnəyə gələn uşaqlar Səməd Vurğunun -“El bilir ki, sən mənimsən”, Zəlimxan Yaqubun -“İmzalı, möhürlü həqiqətimsən”, Nəriman Həsənzadənin - “Azərbaycan” şerindən parçalar səsləndirdilər. Bundan sonra səhnəyə gələn aparıcı Ulu öndərin uşaqlara olan qayğısından, gənclərə ayrılan xüsusi diqqətdən söhbət açdı. Qeyd etdi ki, Heydər Əliyev daima uşaqları diqqətində saxlamışdır. Çıxışından sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansambılının ifasında “Şən rəqs” kompozisiyası təqdim olundu. Yenidən aparıcı səhnəyə çıxaraq “Alimlər deyir ki, teatrın uşaqların inkişafında və gələcək həyatlarında əvəzsiz rolu var, bu da onların gələcək həyatında sərbəst və kompleksiz yaşamağlarına kömək edir” deyə qeyd etdi. Ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının teatr kollektivinin balaca aktyorlarını səhnəyə dəvət etdi. Balaca, şirin kəpənəklər və Cırtdanlar. Öncə iki balaca kəpənək səhnədə qaçışaraq tamaşaçıları salamladılar və bahar libaslı qız səhnəyə gələrək tamaşaçıları və səhnəciyə uyğun olaraq meşəni, meşədə olan heyvanları, bitkiləri salamladı. Öz şeir parçasını bitirdikdən sonra səhnədə “Çeburaşkanı” görür və onu öz mahnı hədiyyəsini oxumağa dəvət edir. “Çeburaşka” mahnısını bitirdikdən sonra bahar libaslı qız ona öz təşəkkürlərini bildirir. Səhnədə yenidən kəpənəklər görünürlər. Kəpənəklər səhnədə qaçışaraq öz rəqs nömrələrini tamaşaçılara göstərirlər. Kəpənəklərin ardınca “Çeburaşka” yenidən səhnədə görünür və meşə sakinlərindən ona kömək etmələrini və evə getmək istədiyini qeyd edir. Onun səsinə meşə sakinlərindən biri olan dovşan gəlir. Dovşan da öz mahnısını ifa etdikdən sonra, Çeburaşkadan niyə belə qəmgin olduğunu soruşur və öyrənir ki, o meşədə itib. Onların köməyinə qnomlar və “Ağca” gəlir. Qnomlar olduqca şən, rəngarəng rəqs parçalarını ifa etdikdən sonra gözdən itirlər. Onların əvəzinə qaranquş səhnədə görünür və “Çeburaşka”- ya kömək edə biləcəyini deyir. Bütün nağıl personajları səhnəyə gələrək birlikdə şən mahnılarını oxuyurlar. Çıxışları bitdikdən sonra səhnəyə aparıcı gəlir və balaca aktyorların səhnədə ilk çıxışları olduğunu qeyd etdir. Ardınca zalda əyləşən tamaşaçılardan Azərbaycanın qədim rəqslərini saymaqlarını xaiş etdi. Tamaşaçılarla dialoqundan sonra Azərbaycanın Lənkəran bölgəsinin qədim rəqsi olan “Laqquti” rəqsini elan etdi. Səhnəyə çıxan kollektivin geymi, rəqsin xareoqrafiyası bu rəqs nömrəsini bütövlükdə daha maraqlı edirdi. Növbəti rəqs bizim tarixi keçmişimizdən xəbər verən rəqslərdən biri olan “Qaval” rəqsi oldu. Balaca qızlardan ibarət Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı olduqca maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edə bildilər. Belə rəngarəng rəqs ifalarından sonra səhnəyə 4 qız gələrək “Bacılar mahısı”-nı ifa etdilər. Maraqlı sözləri və səhnəsi ilə tamaşaçılarda gülüş yaradan bu nömrə yadda qalan çıxışlardan biri oldu. Növbəti nömrə yenidən rəqs nömrəsi idi, lakin bu dəfə Azərbaycan yox “Ərəb rəqsi” oldu. Ritmik quruluşuna və kollektivin geyim tərzinə görə səhnədə əsl şərq abu havası yarandı. Aparıcı digər ölkələrə səyahətin davam etdiyini elan edərək Gürcülərin “Kartuli” rəqsini elan etdi. Bu rəqsi oğlanlar və bir qızdan ibarət kollektiv ifa etdi. Maraqlı rəqs ifalarından sonra aparıcı nağıllar aləminə səyahət etməyi tamaşaçılara təklif edir. Şainskinin “Çunqa Çanqa” mahnısı ilə səhnəyə solist və rəqs kollektivi çıxır. “Azərbaycan Uşaq Filarmoniyasının balaca kollektivləri o qədər istedadlıdırlar ki, onlar nəyinki Azərbaycan rəqslərini hətta Ştrausun “Polka”-sını da böyük məharətlə ifa etməyi bacarırlar” – deyə sözə başlayan aparıcı balaca qızcığazlardan ibarət kollektivi səhnəyə dəvət edir. Daha sonra səhnəyə gələn “Şəms” uşaq xor kapellası “Xorçular” filmindən maraqlı nömrələrdən biri olan “Vois Sur Ton Chemin” nömrəsini ifa etdilər. Qeyd etmək lazımdır ki, bu çıxış “Şəms” uşaq xorunun ilk çıxışı idi. Kapellanın maraqlı çıxışından sonra aparıcı öz xatirələrindən söhbət açdı. “Bir millət iki dövlət – Azərbaycan, Türkiyə”. Belə möhtəşəm tədbirdə Türk rəqsini nümayiş etdirməmək mümkünsüz olardı. Qızlar və oğlanlardan ibarət rəqs kollektivi əsl türk abu havalı geyim tərzləri ilə tamaşaçıları sanki Türk dünyasına səyahətə apardı. Konsertin bu anında aparıcı öz təşəkkürlərini balaca uşaqlardan ibarət kollektivlərin müəllimlərinə və əlbəttə ki, Dilarə xanım Əliyevaya bildirdi. Bundan da böyük nəaliyyətlərə imza atmağı arzuladı. Ardınca dünya ölkələrinə səyahətin davam etdiyini qeyd edərək “Neopalitan” rəqsini elan edir. Bir birinin ardınca nağaralardan ibarət trio, oğlanlardan ibarət kollektiv “Qaytağı” rəqsini, oğlan və qızlardan ibarət kollektiv “Bayraq” rəqsini ifa etdirlər. “Bayraq” rəqsinin sonunda uşaqlar Azərbaycanın üç rəngli bayrağını dalğalandırdılar. Sonda tədbirdə iştirak edən bütün uşaqlar növbə ilə səhnəyə çıxaraq birlikdə mahnı oxudular. Bununla da Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı başa çatdı.