Uşaqların Beynəlxalq Müdafiəsi gününü
Artıq ənənə halını almış, 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü Dövlət Uşaq Filarmoniyası üçün silsilə konsert tədbirləri ilə yadda qalır. Bu tədbirlərdən biri də İçərişəhər Arxeoloji parkında baş tutdu. Tədbirdə giriş sözünü İçərişəhər Muzey Mərkəzinin direktor müavini İradə Qasımova açdı, daha sonra bir-birinin ardınca “Da’Art” Təsviri incəsənət mərkəzinin diroktoru Dilarə Atakişiyeva, Azərbaycan Xalq Rəssamı Arif Hüseynov çıxışlarında uşaqları ürəkdən təbrik etdilər. Sonra isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva söylədi. Dilarə xanım çıxışında uşaqları bu gün münasibəti ilə ürəkdən təbrik etdi və bildirdi ki, hər birimiz uşaqların gözəl, firavan, sülh və əminamanlıq içində yaşaması üçün çalışırıq. O, arzu etdi ki, uşaqlar incəsənətin bütün növləri ilə daima təmasda olub, daxili dünyalarını daha da zənginləşdirsinlər. Daha sonra tədbirə gələn hər kəsi Uşaq Filarmoniyasının balaca fidanların hazırladığı musiqi nömrələrini seyr etməyə dəvət etdi. Bir birindən maraqlı, rəngarəg musiqi nömrələri həm balacaların özlərinə, həm də onları izləyən həmyaşıdlarına böyük sevinc hissi yaşatdı. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Dövlət Uşaq Filarmoniyası repertuarlarlarına digər mədəniyyət nümunələrini də daxil edir. Balacaları izləyənlər arasında rus, hind, yapon və başqa ölkələrin nümayəndələri də var idi. Proqramın sonu isə arasıkəsilməz alqış sədaları ilə tamamlandı.