“Şəms” uşaq xoru Dövlət Xor Kapellası İlə bİr səhnənİ bölüşdü
6 dekabr 2018-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Xor Kapellasının Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə möhtəşəm konsert proqramı ilə çıxış etdi. Kapellanın bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Proqram dünya şöhrətli, məhşur caz ifaçılarının repertuarından səslənən tanınmış mahnılarla zalda əyləşən tamaşaçılarda əsl bayram əhval ruhiyyəsi oyatdı. Bu möhtəşəm proqramda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun solistləri də yer almışdır. “Şəms” uşaq xorunun bədii rəhbəri və dirijoru əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevadır. Balacaların ifasında səslənən M.Mirzəyevin “Yeni il” mahnısı, V.Şainskinin “Улыбка”, A.Əlizadənin “Tıq tıq xanımın mahnısı”, S.Fərəcovun “Aşpazlar” və “Küpəgirənlərin mahnısı” zalda əyləşən tamaşaçıların aramsız alqışları ilə müşayiət olundu. Konsertini sonunda bütü solistlər səhnəyə dəvət olundu. Bununla da Azərbaycan Dövlət Akademik Xor Kapellasının Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert tədbiri sona çatdı.