Yenİ İlvə Dünya Azərbaycanlılarının HəmrəLİk Gününə həsr olunmuş konsert
25 əsrlik bir tarixə malik Yeni il bayramı, bu günümüzə qədər gəlib çıxmış və öz özəlliyini qoruyub saxlamağı bacarmışdır. Dünyanın bir çox ölkələrində sevilərək qeyd olunan bu bayram ölkəmizdə də xüsusi maraqla qarşılanır. Təbii ki, Yeni ilin gəlişinə hər kəsdən çox uşaqlar sevinir. Bu sevinclərini balaca dostları ilə paylaşmaq üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi 25 dekabr 2013 cü il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il müansibəti ilə konsert tədbiri keçirtdi. Bu dəfəki konsert proqramı digərlərindən seçilirdi. Səhnəyə adət etdiyimiz kimi aparıcı yox, müəllimə çıxaraq - “Dərs başladı” - deyib səhnəni tərk etdi. Balaca qızlardan ibarət kollektiv isə kiçik xoreoqrafik elemetlərdən istifadə edərək rəqs etdilər. Növbəti nömrə isə müxtəlif geyimdə olan gəlinciklərin rəqsi oldu. Gəlinciklərin maraqlı rəqsindən sonra isə səhnəyə aparıcı gəldi. Aparıcı səhnədə əyləşən tamaşaçıların yeni ilini təbrik etdi və konsert proqramına başladı. İlk olaraq səhnəyə 7 nəfərdən ibarət skripka ifaçılarının ansambılı çıxdı. Onlar “Yeni il” mahnısını ifa etdikdən sonra öz növbələrini “Şəms” uşaq xoruna verdi. Xor “Merry Christmas Everyone” mahnısını səsləndirdilər. İfadan sonra aparıcı zalda əyləşən balaca tamaşaçılarla bir az söhbət etdi. O, tamaşaçılardan Şaxta babaya məktub yazıb-yazmadıqlarını soruşdu. Zalda əyləşən uşaqların əksəriyyəti “bəli” -deyə cavab verdi. Bu da uşaqların saflığı, qəlblərini təmizliyindən xəbər verirdi. Daha sonra səhnəyə Qırmızı papaq gələrək öz məktubunu aparıcıya təqdim etdi. Məktubunu təqdim etdikdən sonra isə öz dostları ilə birlikdə “Qırmızı papaqların rəqsi” – ni Şaxta babaya hədiyyə etdi. Ardınca isə ağ geyimdə qızlar səhnəyə çıxaraq Şostakoviçin 2-ci Valsını ifa etdilər. Bu rəqs öz lirik abu havası ilə tamaşaçılara xoş anlar bəxş etdi. Sonra isə Ağca tamaşaçıları salamlayaraq Qar Dənəsinin dostlarını itirdiyini söylədi. Ardınca balaca, şirin qnomların rəqsi başladı. Ağca da səhnəyə gələrək qnomralarla birlikdə rəqs etdi. Aparıcının tamaşaçılarla söhbəti konsertə daha da maraqlı abu hava qatırdı. Bu dəfə isə o tamaşaçılarla yox, səhnəyə gələn Küpəgirən qarı ilə söhbət edir. Küpəgirən qarının Şaxta babaya acıqlı olduğunu öyrənən aparıcı onu sakitləşdirməyə çalışır. Bu söhbətlərin ardınca isə Ştrausun “Polka” rəqsi səslənir. Əllərində Küpəgirən qarının süpürgəsi ilə rəqs edən 2 qız maraqlı xoreoqafiyaları ilə diqqəti cəlb edirlər. Növbəti nömrə “Rus rəqsi” oldu, ardınca isə Çinarə Süleymanovanın ifasında Səid Rüstəmovun “Alagöz” mahnısı, oğlanlardan ibarət kollektivin ifasında “Qars” rəqs ifa olundu. Ardınca təbrikə uşaqların sevimli nağıl personajı Cırtdan və dostları qoşulur. Çeburaşkanın təbrikindən sonra “Çətir” rəqsi ifa olunur. Skripaçların ifasında səslənən Lorey Andersona məxsus “Plink, Plank, Plunk” əsəri də diqqət çəkən nömrələrdən biri oldu. J. Bizenin “Karmen” operasıdan IV pərdədən olan antraktın musiqisinin sədaları altında hazırlanan rəqs kompozisiyasını, qızlardan ibarət kollektivin ifasında “Çarli” rəqsini, maraqlı geyim tərzləri ilə fərqlənən balaca qızlar “Buratino” rəqsini ifa edirlər. Maraqlı səhnəciklərdən sonra qız və oğlanlardan ibarət kollektiv Eldar Mansurovun “Odlar yurdu” rəqsini ifa etdilər. “Şəms” uşaq xoru səhnəyə yenidən gələrək “Jingle Bells” mahnısını səsləndirdilər. Konsertin sonunda isə tədbirdə iştirak edən bütün personajlarla birlikdə bayramın əsas qəhrəmanı olan Şaxta baba səhnəyə gələrək hər kəsi Dünya Azərbaycanlıların Həmrəylik gününü və Yeni İl münasibətilə təbrik etdi. Bununla da konsert sona çatdı.