YENİ İL VƏ DÜNYA AZƏRBAYCANLILARINIM HƏMRƏYLİK GÜNÜ KONSERTİ 2015
23 dekabr 2015-ci il tarixində saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellası, Uşaq Xor Kapellası və Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konserti keçirildi. Proqramda Azərbaycan və Qərbi Avropa Bəstəkarlarının əsərləri səsləndi. İlk növbədə səhnəyə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın bədii rəhbəri olduğu Uşaq Xor Kapellası çıxdı. Uşaq Xor Kapellasının ifasında Cahangir Zülfüqarovun "İşıqlı Dünya", Mark and Helen Consonun "Together", Cill Galina "Joshua fit the battle of Jerico" adlı mahnıları təqdim olundu. Ardınca kiçik heyətdə səhnəyə çıxan "Şəms" uşaq xoru isə Fikrət Əmirovun "Qatar", alman xalq mahnısı "Rəqs edək", Jerar Burjoa "Mama", Vladimir Şainskinin "Çunqa-Çanqa", amerikan xalq mahnısı "Jingle Bells"i böyük həvəslə ifa etdilər. Daha sonra isə Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanovanın rəhbərliyi isə Azərbaycan Dövlət Xor Kapellası səhnəyə çıxdı. Azərbaycan Respublikasının əməkdar artisti Səbinə Əsədova və Beynəlxalq Müsabiqələr laureatı İlham Nəzərovla birgə Jak Offenbaxın "Hoffmanın nağılları" operasından "Barkarolla" ifa etdilər. Ardınca səhnəyə gələn Emin Qamarlinski Leonard Kohanın "Hallelujah" mahnısı çox böyük həvəslə ifa etdi. Daha sonra beynəlxalq Müsabiqələr Laureatı Leyla İbrahimovanın ifasında Frans Grüberin "Silent Night" mahnısı dinləyicilərə təqdim olundu. Sonda Azərbaycan Dövlət Xor Kapellası və Uşaq Xor Kapellası birgə bir-birinin ardınca Con Rutter "Deck the hall", Greg Gilpin "Nothing gonna", spiriçuels "Oh, want you sit down", Martin Lauritsen "Diriton" mahnıları ifa olundu. Finalda isə Azərbaycan Dövlət xor Kapellası, Uşaq Xor Kapellası və "Şəms" uşaq xoru "Jingle Bells" mahnısı birgə ifa edərək konserti yeni il əhval-ruhiyyəsiylə sona yetirdilər.